...

İsrailin İrana hücumlarında öldürülən nüvə alimlərinin adı açıqlanıb

Dünya xəbərləri Materials 28 İyun 2025 12:33 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

12 gün ərzində İsrailin İrana hərbi hava hücumlarında 13 nüvə alimi öldürülüb.

Trend-in məlumatına görə, bu gün Tehranda yüksək rütbəli hərbçilərlə yanaşı nüvə alimlərinin də dəfn mərasimi keçirilib.

12 gündə İsrailin İrana hərbi hücumlarında öldürülən nüvə alimləri aşağıdakılardır:

Feridun Abbasi

Məhəmməd Mehdi Tehrançi

Əbdülhəmid Minuçehr

Əhməd Rza Zülfüqari

Əmir Hüseyn Feqhi

Əkbər Mətləbizadə

Mənsur Əsgəri

Əsğər Haşemi Tabar

Süleyman Süleymani

Əli Bakuyi Ketrimi

Səidr Borci

Mustafa Sadati

Məhəmməd Rza Sədiqi Sabir

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti