...

"Çelsi" "Arsenal"dan 75 milyon funt-sterlinq tələb edir

İdman Materials 28 İyun 2025 12:29 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

"Çelsi"nin hücumçusu Nikolas Cekson Premyer Liqada klubunu dəyişə bilər.

Trend xəbər verir ki, "Arsenal" seneqallı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Çelsi" oyunçusunu satmağın əleyhinə deyil. London klubu 24 yaşlı forvard üçün 75 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Çelsi" Nikolas Ceksonu 2023-cü ilin yayında "Vilyarreal"dan transfer edib. Seneqal millisinin üzvü ötən mövsüm "mavilər"in heyətində meydana çıxdığı 36 rəsmi matçda 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti