Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan Rusiyaya 442,9 milyon
ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon ABŞ dolları və ya 3,7% çoxdur.
Bu ilin 5 ayı ərzində Rusiyaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 31,47%-ni təşkil edib.
Bununla da hesabat dövründə Rusiya Azərbaycandan ən çox qeyri-neft məhsulları alan ölkələr sırasında ilk pillədə qərarlaşıb.