...

Manatla geniş pul kütləsinin həcmi artıb

İqtisadiyyat Materials 28 İyun 2025 10:30 (UTC +04:00)
Manatla geniş pul kütləsinin həcmi artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 48,306 milyard manat təşkil edib.

Trend-in Mərkəzi Bankdan (AMB) əldə etdiyi məlumata görə, bu, aylıq müqayisədə 1,098 milyard manat və ya 2,3%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 3,458 milyard manat və ya 7,7% çoxdur.

Bundan başqa, 2025-ci ilin iyunun 1-nə manatla pul kütləsinin (M2 aqreqatı) həcmi 35,768 milyard manat təşkil edib ki, bu da aylıq göstəriciyə nisbətən 329,7 milyon manat və ya 0,9%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 1,359 milyard manat və ya 3,9% çoxdur.

Həmçinin, hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 28,351 milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 289,9 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 295,7 milyon manat və ya 1,1% çoxdur.

Eyni zamanda, bu ilin iyunun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) 16,177 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 131 milyon manat və ya 0,8%, ötən ilin eyni dövrünə nisbətən isə 747,2 milyon manat 4,8% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti