...

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb – DİN

Cəmiyyət Materials 28 İyun 2025 10:18 (UTC +04:00)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb – DİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 27-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 43, o cümlədən borclu şəxs qismində axtarışda olan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 17 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti