Bakı. Trend:
Stefano Pioli ilə yollarını ayıran "Əl-Nəsr" baş məşqçi postu üçün axtarışları davam etdirir.
Trend xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin əsas hədəfi Jorje Jezusu komandanın "sükanı arxasına" gətirməkdir.
Klub rəhbərliyi artıq portuqaliyalı mütəxəssislə danışıqlara başlayıb. "Əl-Nəsr" 70 yaşlı məşqçiyə illik 7 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Jorje Jezusun son iş yeri Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal" olub.