...

İranın nüvə obyektləri daha güclü geri qaytarılacaq – Araqçi

Dünya xəbərləri Materials 28 İyun 2025 12:47 (UTC +04:00)
İranın nüvə obyektləri daha güclü geri qaytarılacaq – Araqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın önəmli və dəyərli nüvə obyektləri və binalar zamanın keçməsi ilə daha güclü şəkildə əvvəlki vəziyyətə qaytarılacaq.

Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi “Instagram” sosial şəbəkəsindəki hesabında paylaşıb.

Onun sözlərinə görə, İranın nüvə mərkəzlərinin geri qaytarılması illərlə vaxt tələb etsə belə, bu, həyata keçiriləcək.

Araqçi bildirib ki, İran nüvə silahına sahib iki ölkə qarşısında özünü müdafiə etdi. Hazırda isə həmişəkindən daha möhkəm gələcəyə baxır.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Qeyd edək ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti