Bakı. Trend:
2025-ci ilin yanvar-aprel aylarında Çindən Azərbaycana gələn elektromobillərin sayı azalıb.
Trend xəbər verir ki, yanvar-aprel aylarında Çindən Azərbaycana 7 milyon 603 min dollar dəyərində 279 ədəd elektromobil ixrac olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 4,3 dəfə, miqdar baxımından isə 3 dəfə azalma deməkdir.