...

Masallıda qəza olub, xəsarət alanlar var

Hadisə Materials 28 İyun 2025 13:29 (UTC +04:00)
Masallıda qəza olub, xəsarət alanlar var
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

28.06.2025-ci il tarixində saat 08:20 radələrində yol-nəqliyyat hadisəsi ilə əlaqədar 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli olmaqla) müxtəlif travmalarla Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hər birinə ilkin zəruri tibbi xidmətlər göstərilib.

“Bir nəfərin müalicəsi (qadın cinsli) Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir, Cərrahiyyə şöbəsində müalicə alan şəxsin (kişi cinsli) vəziyyəti stabil qiymətləndirilir.

Bir nəfərin (kişi cinsli) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Vəziyyəti ağır qiymətləndirilən 1976-cı il təvəllüdlü şəxsin (qadın cinsli) isə xəstəxanaya daxil olduqdan bir neçə dəqiqə sonra ölüm faktı qeydə alınıb”, - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti