Tərtər. Trend:
Tərtərdə baş verən yanğın zamanı üç inək və 2500 preslənmiş ot yanıb.
Trend-in yerli müxbirinin xəbərinə görə, yanğın hadisəsi rayonun Sarıcalı kəndində baş verib.
Kənd sakini Səfərov Valehə məxsus təsərrüfatda baş verən yanğın zamanı çardağa yığılan 2500 preslənmiş ot və çardağın altında bağda olan 3 baş inək yanaraq tələf olub.
Yanğın zamanı təsərrüfat sahibinə 20 min manat dəyərində ziyan dəydiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır