...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 28 İyun 2025 14:23 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan”, “Urals” (EX NOVO) və “Dated Brent” markalı xam neftin orta qiymətlərində azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 5,31 ABŞ dolları və ya 7,2% azalaraq, 74,18 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 80,08 dollar/barel, minimum isə 72,12 dollar/barel olub.

Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 72,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 5,26 ABŞ dolları və ya 7,2% azdır. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 78,72 dollar/barel, minimum isə 70,80 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 5,71 ABŞ dolları və ya 9,8% azalaraq 58,10 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 64,27 dollar/barel, minimum isə 55,97 dollar/barel olub.

Bu həftə ərzində “Dated Brent” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 6,36 dollar və ya 8,9% ucuzlaşaraq, 71 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 77,66 dollar/barel, minimum isə 69,12 dollar/barel təşkil edib.

Neftin növü / tarix

23.06.2025

24.06.2025

25.06.2025

26.06.2025

27.06.2025

Orta qiymət

Azeri LT CIF

$80,08

$72,12

$72,49

$73,35

$72,85

$74,18

Azeri Light FOB Ceyhan

$78,72

$70,80

$71,17

$72,01

$71,53

$72,87

Urals (EX NOVO)

$64,27

$55,97

$56,47

$57,17

$56,63

$58,10

Dated Brent

$77,66

$69,12

$69,23

$69,85

$69,17

$71,00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti