Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın 2025-ci ilin sonunda Çinə rəsmi səfər edəcəyi gözlənilir.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, səfər zamanı Trampı onlarla iri şirkətin rəhbərindən ibarət biznes nümayəndə heyəti müşayiət edəcək.
Səfərin formatı ABŞ prezidentinin bu ilin mayında Yaxın Şərq ölkələrinə etdiyi səfərlə oxşar olacaq.