Bakı. Trend:
“Qarabağ” futbol klubunun əvəzedici komandasında yeni təyinat baş tutub.
Trend-in məlumatına görə, komandanın baş məşqçi postu klubun keçmiş kapitanı Maksim Medvedevə həvalə olunub. O, bu vəzifədə Cavad Mirzəbəylini əvəzləyib.
Medvedevin son iş yeri “Qarabağ”ın U-14 komandası olub.
Qeyd edək ki, “Qarabağ”ın əvəzedici komandası ötən mövsümü 58 xalla turnir cədvəlində 4-cü yerdə tamamlayıb.