Bakı. Trend:
"Emirates" aviaşirkəti Dubay və Tehran arasında bütün uçuşları iyulun 5-dək ləğv edib.
Trend xəbər verir ki, şirkət bu qərarın "regiondakı vəziyyət"lə əlaqədar qəbul olunduğunu açıqlayıb.
Eyni zamanda "Emirates" İraqa uçuşların bərpa olunduğunu elan edib. Dubay-Bağdad reysləri iyulun 1-də, Dubay-Bəsrə reysləri isə iyulun 2-də yenidən həyata keçiriləcək.
Qeyd edək ki, İran iyunun 25-dən etibarən hava məkanını tədricən açmağa başlayıb. İyunun 28-də İran hakimiyyəti beynəlxalq aviaşirkətlərə ölkənin mərkəzi və qismən qərb bölgələri üzərində uçuşlara icazə verib. Hava məkanı iyunun 13-də – İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından sonra bağlanmışdı.