...

Bosniya və Herseqovinada güclü meşə yanğını baş verib

Dünya xəbərləri Materials 28 İyun 2025 21:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bosniya və Herseqovinanın Lyubuşki şəhəri yaxınlığında güclü meşə yanğını baş verib.

Trend xəbər verir ki, hadisə yerinə dərhal mülki müdafiə qüvvələri və yanğınsöndürənlər göndərilib. Yanğının bir hissəsinin söndürüldüyü bildirilsə də, tüstü hələ də ətraf ərazilərdən müşahidə olunur.

Qərbi Herseqovina Kantonunun Mülki Müdafiə İdarəsinin məlumatına əsasən, alov sürətlə yayılaraq geniş ərazini əhatə edib və yaxınlıqdakı yaşayış məntəqələri ilə biznes obyektləri üçün ciddi təhlükə yaradıb.

Yanğının miqyasını nəzərə alaraq, digər bölgələrdən də əlavə yanğınsöndürən qüvvələr əraziyə cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində intensiv işlər aparılır.

Xəbər lenti

Xəbər lenti