...

Rusiyanın çirkin imperializmi: Azərbaycanlılara qarşı yeni aqressiya dalğası

Ekspert rəyi Materials 28 İyun 2025 22:27 (UTC +04:00)
Rusiyanın çirkin imperializmi: Azərbaycanlılara qarşı yeni aqressiya dalğası
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyanın mövcud hakimiyyəti şovinist hakimiyyətdir.

Bunu Trend-ə açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Onun sözlərinə görə, faktiki olaraq Rusiya hakimiyyəti işğal siyasəti əsaslı siyasi xətt yeridir:

"Buna neossri yanaşması, rus imperyalizmi demək olar. Rusiyada rejimlər dəyişsə də xarici siyasətindəki yanaşmaları dəyişmir. Faktiki olaraq Azərbaycan və keçmiş sovet ölkələrinə qarşı ikili standartları olub və olmağa davam edir. Nə qədər ki, Rusiya Azərbaycana müttəfiq desə də, təəssüf ki, müttəfiqlik ruhuna sığmayacaq çox şey edilib. Son insident də bir daha göstərdi ki, bu gün Rusiyada yaşayan azərbaycanlıların təhlükəsizliyinə keç kəs qarant vermir. Rusiya öz çirkin və imperialist maraqları naminə bu insanların həyatını rahatlıqla qurban verə bilər. Faktiki oafə Rusiya öz din, məzhəb və etnik rejimi eyni olan Ukraynaya qarşı işğal siyasətini davam etdirir. Belə olan təqdirdə onun digər fərqli etnik qruplardakı xalqlara və ölkələrə qarşı da aqressiv tutumu əslində təəccüblü də deyil. Rusiyanın mahiyyətini bilən hər kəs bilir ki, bu ölkə ancaq rus milliyətçiliyi və imperializmi əsasında xarici siyasət yeridir".

T.Rzayev qeyd edib ki, 20 yanvar faciəsinin, Xocalı faciəsinin faktiki olaraq arxasında dayanan, hətta dərinə getdikdə Ermənistan-Azərbaycan münaqişəsinin belə kökündə dayanan baş faktor Rusiyadır:

"Rusiya hər zaman xalqları bir-birinə qırdırıb. Bu bəzən eyni etnik kökdən olan, bəzən isə eyni coğrafiyada yaşayan xalqlar arasında salınan ədavətlə də özünü göstərib. Parçalar və hökmranlıq et siyasəti ilə zamanın SSRİ dövründə də münaqişələr yaradıldı. Bu gün Mərkəzi Asiyada, Cənubi Qafqazda və şərqi Avropadakı bir çox münaqişələr məhz Kreml mətbəxindən çıxanlardır. Belə bir ölkə heç bir beynəlxalq hüququ tanımır, beynəlxalq hüququn normalarını kobud şəkildə pozur. Bunu biz həm fərdi, həm də ölkələrarası münasibətlərdə aydın şəkildə görürük".

Müsahibimiz vurğulayıb ki, Azərbaycan faktiki olaraq Rusiyaya qarşı heç bir prosesdə yer almayıb:

"Amma buna rəğmən Rusiya həm Ermənistanı silahlandırıb, həm münaqişənin uzanmasına şərait yaradıb, həm də Azərbaycanda vaxtaşırı gərginlikləri artırmaq üçün 5-ci kolondan istifadə edib. Bu gün Azərbaycan güclüdür, torpaqları işğaldan azad edilib. Rusiya hələ də bunu həzm edə bilmir. İstər təyyarəmizin vurulması fonunda, istər Rusiyada keçirilən bu əməliyyat fonunda bir daha deyə bilərik ki, Rusiya nə Moskva müqaviləsinə sadiqlik göstərir, nə də dövlətlərin suveren hüquqlarına, onların azad xarici siyasətlərinə hörmət edir. Rusiya üçün yeganə vacib məqam onun işğalçı siyasətidir. Hər zaman ölkədə yuxarıdan baxmaqla siyasətinə davam edir. Bu təbii olaraq ona qarşı münasibəti də ildən-ilə dəyişir. Azərbaycanla Rusiya arasındakı münasibətlər hələ tam qaydasına düşməmiş bu hadisələrin başlaması Rusiyaya güvənilməyəcəyini deməyə əsas verir".

Siyasi şərhçi Tural İsmayılov isə Trend-ə bidirib ki, Rusiyada qeyri-rus millətlərə qarşı formalaşmış münasibət təkcə ötəri sosial problem deyil — bu, dövlət siyasətinin sistemli və köklü problemidir:

"Bu gün azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər xalqlara qarşı tətbiq olunan sərt yanaşma, seçici davranış və hüquq-mühafizə orqanlarının ifrat güc tətbiqi təsadüfi hadisələr deyil, siyasi mühitin, ideoloji istiqamətin və tarixi irsin təzahürüdür.

Rusiya rəhbərliyi bir müddətdir ki, daxili sabitliyi qorumaq adı ilə güc strukturuna istinad edən, fərqli etnik və dini kimlikləri potensial təhdid kimi görən bir siyasət yürüdür. Xüsusilə də Pravoslav kimliyini “təbii dominantlıq” kimi təqdim edən yanaşma cəmiyyət daxilində “digər”ləri getdikcə təhlükəliləşdirən narrativə çevrilib".

"Yekaterinburqda baş verən hadisə — azərbaycanlılara qarşı fiziki zorakılıq və hüquq-mühafizə orqanlarının qəddar davranışı — təkcə lokal insident deyil, mərkəzdən bəslənən yanaşmanın bölgələrdə tətbiq formasıdır:

"OMON və digər hüquq strukturları tərəfindən həyata keçirilən zorakılıqlar bu gün artıq əvvəlki illərdəki skinhedlərə belə ehtiyac qoymur.

OMON-un küçədə insanları alçaldıcı şəkildə döyməsi, etnik mənsubiyyətə görə hədəfə alması, hüquqi çərçivədən kənar davranması artıq “adi görüntü”yə çevrilib. Bu isə hüququn deyil, gücün hökm sürdüyü bir mühit yaradır"-T.İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, Rusiya Federasiyasının hüquq sistemində son illərdə ortaya atılan “etnocinayətkarlıq” anlayışı isə bu proseslərin ideoloji çərçivəsini müəyyənləşdirməyə yönəlib:

"Bu anlayış etnik mənsubiyyətin özü-özlüyündə təhlükəli ola biləcəyi kimi qəbuledilməz bir fikir üzərində formalaşıb. Bu, təkcə hüquqa deyil, beynəlxalq insan haqları prinsiplərinə də ziddir.

Rusiyanın imperiyadan gələn davranış refleksləri bu gün hələ də dəyişməyib. SSRİ dağılandan sonra yaranan ideoloji boşluq, yeni demokratik dəyərlərlə deyil, keçmişin sərt təhlükəsizlik doktrinası ilə dolduruldu. Nəticədə, Çeçenistan müharibəsindən tutmuş, Ukraynada baş verənlərə qədər bu siyasət öz ən qabarıq formasında üzə çıxıb.

Əgər bu gün Rusiya, dini, dili, irsi slavyan olan Ukrayna xalqına qarşı belə qəddar və dağıdıcı siyasət aparırsa, digər xalqlara — xüsusilə də müsəlman və türkdilli xalqlara qarşı daha sərt yanaşmanın ortaya çıxması təəccüblü deyil.

Buçadakı hadisələr, Mariupolun dağıdılması, raketlərlə yaşayış massivlərinin vurulması, sadəcə müharibə deyil — bu, siyasi və ideoloji ifratın göstəricisidir".

Xəbər lenti

Xəbər lenti