...

Təhlükəsizliyi verilmiş bir nemət kimi qəbul edə bilmərik - Fridrix Merts

Dünya xəbərləri Materials 28 İyun 2025 22:57 (UTC +04:00)
Təhlükəsizliyi verilmiş bir nemət kimi qəbul edə bilmərik - Fridrix Merts
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Kansleri Fridrix Merts 28 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Alman Ordusunun (Bundesver) Operativ Komandanlığını ziyarət edib.

Trend xəbər verir ki, mərasimdə çıxış edən Merts bu səfərin təhlükəsizlik siyasətinin gündəmin ön sıralarında olduğu bir həftəyə təsadüf etdiyini bildirib. O, NATO-nun Haaqa Sammitində qəbul olunan və ÜDM-in 5 faizinin müdafiəyə yönəldilməsi ilə bağlı tarixi qərarı xatırladıb.

Kansler davam edən Rusiya-Ukrayna müharibəsinin bu qərarların əhəmiyyətini bir daha ortaya qoyduğunu vurğulayıb:
“Təhlükəsizliyimizi verilmiş bir nemət kimi qəbul edə bilmərik. Azadlıqda, sülh və təhlükəsizlik şəraitində yaşaya bilmək üçün daha çox iş görməliyik. Biz özümüzü müdafiə edə bilmək istəyirik ki, heç vaxt müdafiəyə məcbur olmayaq.”

Fridrix Merts federal hökumətin bu istiqamətdə qərarlı addımlar atdığını bildirib və müdafiə büdcəsinin yaxın illərdə əhəmiyyətli dərəcədə artırılacağını vurğulayıb.

Tədbir çərçivəsində kansler “Xatirə meşəsi”ni də ziyarət edərək, xarici missiyalar zamanı həlak olmuş 119 alman əsgərinin xatirəsini anıb.

Qeyd edək ki, Almaniya 2029-cu ilədək müdafiə büdcəsini mərhələli şəkildə 152,8 milyard avroya çatdırmağı planlaşdırır. 2024-cü ildə bu məbləğ 74,5 milyard avro olub, cari il üçün isə 115,7 milyard avro nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti