Bakı. Trend:
Serbiyanın paytaxtı Belqradda keçirilən etiraz aksiyası zamanı bəzi iştirakçılar vətəndaş müharibəsinə çağırış ediblər.
Trend xəbər verir ki, bu barədə Serbiya parlamentinin sədri Ana Brnabiç “X” sosial şəbəkəsində paylaşım edib.
"Blokada iştirakçıları Vidovdanla bağlı mitinqi 'Yaşasın Serbiya!' deyərək deyil, Serbiyanı öldürməyə yönəlmiş dəhşətli və açıq vətəndaş müharibəsinə çağırışla başa vurdular. Bunu yadda saxla, Serbiya", - Brnabiç yazıb.
Daha əvvəl Belqradda etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verib.
Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, müxalifətin icazəsiz keçirdiyi aksiyada təxminən 36 min nəfər iştirak edib. Etirazların səbəbləri və gedişatı ölkədə geniş ictimai və siyasi rezonans doğurub.