...

Türkiyədə 111 nöqtədə yanğın: Biləcikdə vəziyyət nəzarətdən çıxır

Dünya xəbərləri Materials 29 İyun 2025 01:17 (UTC +04:00)
Türkiyədə 111 nöqtədə yanğın: Biləcikdə vəziyyət nəzarətdən çıxır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin müxtəlif bölgələrində baş vermiş 111 yanğından 106-sı nəzarət altına alınıb.

Trend xəbər verir ki, bu barədə ölkənin Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda daha beş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Ən kritik vəziyyətlərdən biri Biləcik şəhərində müşahidə olunur. Son məlumatlara görə, burada yanğın nəzarətdən çıxaraq yaşayış məntəqələrinə yaxınlaşıb. Yerli sakinlər təlaş içində kəndləri tərk edir, indiyədək 300 nəfər təxliyə olunub, iki məhəllə isə tamamilə boşaldılıb.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı bildirib ki, Sakarya və Biləcik bölgələrində ümumilikdə 16 kənd təxliyə edilib və yanğınlarla bağlı üç nəfər şübhəli şəxs saxlanılıb.

Biləcik valisi Faik Oktay jurnalistlərə açıqlamasında yanğının söndürülməsi istiqamətində intensiv işlərin davam etdiyini bildirib. O qeyd edib ki, güclü külək alovun yayılmasını sürətləndirir və söndürmə işlərini çətinləşdirir.

Hazırda hadisə yerində fövqəladə hallar qüvvələri və yanğınsöndürmə briqadaları gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti