Bakı. Trend:
21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatı başa çatıb.
Trend-in məlumatına görə, finalda İngiltərə və Almaniya yığmaları üz-üzə gəlib.
Oyunun əvvəlində üstünlüyü ələ alan İngiltərə millisi hesabda 2:0 irəli keçsə də, Almaniya geri dönüş edərək hesabı bərabərləşdirib – 2:2. Əsas vaxt bu nəticə ilə başa çatıb. Əlavə vaxtda ingilislər həlledici qolu vuraraq 3:2 hesablı qələbə ilə Avropa çempionu titulunu qoruyublar.
Bu, İngiltərənin U-21 Avropa çempionatlarında 4-cü qələbəsi olub. Müqayisə üçün, İspaniya və İtaliya bu turnirdə 5 dəfə çempionluq sevinci yaşayıblar.
Qeyd edək ki, İngiltərə U-21 millisi turnirin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb və hər iki qarşılaşmada millimizi böyük hesabla məğlub edib – 5:1 və 7:0.