...

ABŞ və İran arasında nüvə proqramı ilə bağlı yeni danışıqlar gözlənilir - Stiven Uitkoff

Dünya xəbərləri Materials 29 İyun 2025 04:28 (UTC +04:00)
ABŞ və İran arasında nüvə proqramı ilə bağlı yeni danışıqlar gözlənilir - Stiven Uitkoff
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff yaxın günlərdə İran hakimiyyəti ilə Tehranın nüvə proqramına dair mümkün razılaşma üzrə danışıqlar aparacaq.

Trend-in "NBC News" telekanalına istinadla verdiyi məlumata görə, müzakirələrin əsas mövzusu İrana qarşı sanksiyaların yumşaldılması müqabilində uranın zənginləşdirilməsinin dayandırılması olacaq.

Danışıqların harada keçiriləcəyi və İran tərəfinin təmsilçilik səviyyəsi barədə hələlik rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Tehran və Vaşinqton arasında nüvə məsələsi üzrə qeyri-rəsmi təmaslar son aylar daha da intensivləşib. ABŞ bu istiqamətdə diplomatik yollarla gərginliyi azaltmağa çalışır.

Xəbər lenti

Xəbər lenti