Bakı. Trend:
ABŞ-nin Detroyt şəhərində qeyri-adi hadisə baş verib – şəhər sakinlərinin üzərinə göydən yüzlərlə dollar səpələnib.
Trend-in məlumatına görə, bu maraqlı aksiya yaxın zamanda dünyasını dəyişən avtoyuma salonu sahibinin vəsiyyətinə uyğun olaraq həyata keçirilib. Onun son istəyi insanlara pul paylanması olub.
Aksiya üçün şəhərin bir küçəsi müvəqqəti bağlanıb. Az sonra səma üzərində vertolyot peyda olub və ondan əsl ABŞ dolları əsginasları tökülməyə başlayıb. Sakinlər pulları topladıqdan təxminən yarım saat sonra küçə yenidən açılıb.
Hadisə şəhərdə geniş marağa səbəb olub və sosial şəbəkələrdə böyük rezonans doğurub.