Bakı. Trend:
Yunanıstan hakimiyyəti ölkəni bürüyən güclü istilərlə əlaqədar bir sıra əlavə təhlükəsizlik tədbirləri tətbiq edib.
Trend-in məlumatına görə, cümə günü gündüz saatlarında havanın temperaturunun 40°C-i keçməsi fonunda tikinti sahələrində və kuryer xidmətlərində çalışan işçilərin saat 09:00-dan 14:00-a qədər açıq havada işləməsi qadağan olunub.
Hökumət işəgötürənləri mümkün olan hallarda işçilərə uzaqdan çalışma imkanı yaratmağa çağırıb. Eyni zamanda, ictimaiyyətə günün ən isti saatlarında səyahətdən çəkinmək və açıq havada uzun müddət qalmamaq tövsiyə olunub.
Qeyd edək ki, iyunun 28-də Afina şəhərində hava temperaturu 40°C-dən yuxarı qalxıb. İsti hava dalğasının yaxın günlərdə də davam edəcəyi gözlənilir.