...

Xorxe Jesus "Əl-Nassr"ın baş məşqçisi olacaq

İdman Materials 29 İyun 2025 06:45 (UTC +04:00)
Xorxe Jesus "Əl-Nassr"ın baş məşqçisi olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyalı məşqçi Xorxe Jesus Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubunun yeni baş məşqçisi olacaq.

Trend-in məlumatına görə, 70 yaşlı mütəxəssis artıq bu vəzifəyə razılıq verib və gələn həftə Madriddə klubla rəsmi müqavilə imzalayacağı gözlənilir.

Daha əvvəl bildirilib ki, klubun ulduz futbolçusu Kriştiano Ronaldo, həmyerlisi olan Jesusun baş məşqçi təyinatına müsbət rəy verib.

Qeyd edək ki, Xorxe Jesus son olaraq Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ı çalışdırıb və bu komandadan may ayında ayrılıb.

Xəbər lenti

Xəbər lenti