...

Gürcüstanla Azərbaycan arasında xüsusi dostluq əlaqələri formalaşıb - Kobaxidze

Siyasət Materials 16 Dekabr 2025 23:40 (UTC +04:00)
Gürcüstanla Azərbaycan arasında xüsusi dostluq əlaqələri formalaşıb - Kobaxidze

Bakı. Trend:

Azərbaycan Gürcüstan üçün önəmli və xüsusi dost ölkədir. İki dövlətin hökumətləri arasında çox yaxın və istisna xarakterli dostluq münasibətləri mövcuddur.

Trend xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

O bildirib ki, Türkmənistanda Azərbaycanın Baş naziri Əli Əsədovla olduqca səmimi görüş keçirib: “Azərbaycan bizim xüsusi tərəfdaşımızdır və hökumətlər arasında möhkəm dostluq əlaqələri var. Buna görə də istənilən məsələdə ortaq mövqeyə gəlmək bizim üçün problem yaratmayacaq”, – deyə Baş nazir vurğulayıb.

Kobaxidze qeyd edib ki, aparılan danışıqların əsas mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə həyata keçirilən daşımalarla bağlı yekun razılaşmanın əldə olunmasıdır.

Baş nazirin sözlərinə görə, həm Azərbaycanın, həm də Ermənistanın maraqları Gürcüstan üçün önəmlidir: “Bizim də öz maraqlarımız mövcuddur və əminəm ki, danışıqların nəticəsində hər üç ölkənin maraqlarına cavab verən ən optimal həll yolunu tapmaq mümkün olacaq.”

Xəbər lenti

Xəbər lenti