...

İsveçrə Alp dağlarında helikopter qəzası baş verib

Dünya xəbərləri Materials 28 İyun 2025 23:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsveçrənin Alp dağlarında yerləşən Oberleç buzlaqları ərazisində helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəzanın görüntüləri “Blick” portalı tərəfindən yayımlanan videoda əks olunub.

Hadisənin şahidi Yan Baderçer bildirib ki, iyunun 28-də günortadan sonra həyat yoldaşı ilə Sparrhorn dağının qarşı tərəfində gəzərkən helikopterin qəflətən yerə çırpıldığını, çevrildiyini və daha sonra tüstülənməyə başladığını görüb.

Qəzanın baş verdiyi ərazinin təxminən 2500 metr yüksəklikdə, Qross Fushorn dağı ilə buzlaq arasında yerləşdiyi dəqiqləşdirilir.

Təsdiqlənməmiş ilkin məlumatlara görə, helikopterdə üç-dörd nəfər olub. Onlardan birinin həyatını itirdiyi, digərlərinin isə, xüsusilə bir nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir. Lakin bu barədə hələlik rəsmi təsdiq yoxdur.

Qəzanın səbəbləri və dəqiq təfərrüatları araşdırılır.

Xəbər lenti

Xəbər lenti