...

İran beynəlxalq aviareyslər üçün hava məkanını qismən açıb

Dünya xəbərləri Materials 28 İyun 2025 17:57 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran beynəlxalq aviareyslər üçün hava əlaqəsini qismən bərpa edib.

Trend-in məlumatına görə, bu barədə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Əxəvan bəyan edib.

O qeyd edib ki, ölkənin mərkəzi bölgəsi və qismən qərb hissəsi üzərində beynəlxalq mülki aviasiya reysləri üçün hava məkanı yenidən açılıb.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti