...

Siqaretin pərakəndə qiymətlərinin azı 75 %-i vergilərdən ibarət olmalıdır, Azərbaycan 60 %-ə çatmaq üzrədir – Komitə sədri

Cəmiyyət Materials 19 Dekabr 2025 13:45 (UTC +04:00)
Siqaretin pərakəndə qiymətlərinin azı 75 %-i vergilərdən ibarət olmalıdır, Azərbaycan 60 %-ə çatmaq üzrədir – Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlətimizin həyata keçirdiyi vergi siyasəti siqaretin bütün seqmentlərinin istifadəsinin məhdudlaşdırılmasına yönəldilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bugünkü plenar iclasında "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, əksər dünya ölkələrində olduğu kimi Azərbaycan hökuməti də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini nəzərə alaraq tütün və tütün məmulatları üzrə aksiz vergilərinin tədricən artırılması siyasətini həyata keçirir:

“Belə ki, həmin tövsiyəyə görə siqaretin bütün seqmentlərinin pərakəndə qiymətlərinin ən azı 75 faizi vergilərdən ibarət olmalıdır. Ölkəmizdə bu rəqəm hələ indi 60 faizə çatmaq üzrədir.

Ötən günlərdə 2026-cı ilin büdcə zərfi çərçivəsində Vergi Məcəlləsində elektron siqaretlər istisna olmaqla, ənənəvi siqaretlər və alternativ tütün məmulatları üzrə aksiz vergilərinin artırılmasını nəzərdə tutan dəyişikliklər etdik. Başqa sözlə, bu fərqli seqmentlər üzrə aksiz vergiləri 20 faiz, 60 faiz, hətta 500-600 faiz həddində artırılıb.

İndiki layihə isə elektron siqaretlərə münasibətdə aksiz artımını deyil, daha radikal yanaşmanı, yəni onların tamamilə qadağan edilməsini nəzərdə tutur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti