...

AİB Gürcüstanın dayanıqlı inkişaf yönümlü ilk istiqrazlarına iri həcmdə investisiya qoyub

İqtisadiyyat Materials 19 Dekabr 2025 13:03 (UTC +04:00)
AİB Gürcüstanın dayanıqlı inkişaf yönümlü ilk istiqrazlarına iri həcmdə investisiya qoyub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Qafqazda ən böyük avtomobil distribyutoru olan “Tegeta Holding” tərəfindən buraxılmış dayanıqlı inkişaf göstəricilərinə bağlı istiqrazlara “lövbər” investor (öncədən razılaşdırılmış iri həcmli sərmaye qoyan investor –red) kimi 41 milyon gürcü larisi (15,2 milyon ABŞ dolları) həcmində investisiya qoyub. Bu, lari ilə nominasiya olunmuş ilk belə istiqrazlar hesab olunur.

Trend bu barədə bankın məlumatına istinadən xəbər verir.

Bildirilir ki, AİB-in iştirakı “Tegeta” istiqrazlarının buraxılmasını stimullaşdırıb. Ümumilikdə istiqrazların həcmi 260 milyon lari (təxminən 95,7 milyon ABŞ dolları) olub və bu, Tbilisi Fond Birjasında həyata keçirilib. Bu addım Cənubi Qafqazda davamlı nəqliyyat və “yaşıl” mobilliyin inkişafına töhfə verir.

"Davamlı inkişaf göstəricilərinə bağlı istiqrazlar maliyyə şərtlərini müəyyən ekoloji və ya sosial məqsədlərin əldə edilməsi ilə bağlayır. “Tegeta” üçün bu, aşağı emissiyalı nəqliyyat vasitələrinin parkının modernləşdirilməsi və genişləndirilməsini, eləcə də ekoloji, sosial məsuliyyət və korporativ idarəetmə standartlarının gücləndirilməsini əhatə edir. İstiqrazlardan əldə olunan vəsait karbon emissiyalarının azaldılması və daha təmiz nəqliyyatın təşviqi layihələrinə, əsasən Gürcüstan və Ermənistanda sərf olunacaq.

AİB 2007-ci ildən Gürcüstana dəstək göstərir və ölkənin inkişaf sahəsində ən böyük çoxtərəfli tərəfdaşıdır. Bankın Gürcüstana verdiyi kreditlər, qrantlar və texniki yardımların ümumi həcmi təxminən 5 milyard ABŞ dolları təşkil edir ki, bunun da təxminən 1 milyardı özəl sektora yönəldilib", - məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti