Bakı.Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba, Ağdam və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Trend-ə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Sumqаyıt şəhəri Kаmrаn Hüsеynоv küçəsində, Quba rayonunun Bad, Ağdam rayonunun Əliağalı kəndlərində və İsmayıllı-Qaraməryəm yolunun Balik kəndi ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 297040 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
