...

Putin yadplanetlilərlə bağlı sualı cavablandırıb

Dünya xəbərləri Materials 19 Dekabr 2025 15:58 (UTC +04:00)
Putin yadplanetlilərlə bağlı sualı cavablandırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putinin mətbuat konfransında ona maraqlı bir müraciət olunub. Rusiya liderindən xahiş olunub ki, əgər yadplanetli həyatın mövcudluğundan xəbəri varsa, lakin bu məlumat məxfi olduğu üçün açıq şəkildə danışa bilmirsə, bunu göz vurmaqla bildirsin.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Sonra sizə göz vuraram”, - deyə Putin gülümsəyərək cavab verib.

Canlı mətbuat konfransında zamanı Rusiya lideri həmçinin zarafatla sirli ulduzlararası 3I/ATLAS obyektindən söz açaraq onu “məxfi silah” adlandırıb. Putin bildirib ki, 3I/ATLAS kometası Yer üçün təhlükə yaratmır, çünki planetimizdən yüz milyonlarla kilometr uzaqlıqda yerləşir. O əlavə edib ki, zərurət yaranarsa, onu “Yupiterə göndərmək” də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti