Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Qazaxıstandan 58 milyon ABŞ dolları dəyərində 105,4 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 35,2 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm baxımından isə 70,8 min ton və ya 3 dəfə çoxdur.
Ümumilikdə, hesabat dövründə Azərbaycan 3 ölkədən – Rusiya, Qazaxıstan və İraqdan 648,2 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 232,9 milyon ABŞ dolları və ya 26,4%, həcm baxımından 219 min ton və yaxud 13,8% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton xam neft və neft məhsulları ixrac edilib.
