Bakı. Trend:
ABŞ İsraillə təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı yeni saziş bağlamaq niyyətindədir. Belə ki, Birləşmiş Ştatlar hökuməti 2028-ci ildə qüvvəsi bitən 2016-cı ildə bağlanmış sazişin əvəzinə İsrailə hərbi yardımın göstərilməsi ilə bağlı yeni memorandumun bağlanması istiqamətində İsraillə danışıqlara başlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.
“Biz artıq Anlaşma memorandumu üzrə danışıqlar aparırıq. Mən bu əməkdaşlığındavam etdiriləcəyinə qəti şəkildə əminəm”, -deyə Hakabi yazıb.
Qeyd edək ki, ABŞ ilə İsrail arasında hərbi yardım məsələlərinə dair Anlaşma memorandumu 2016-cı ildə Prezident Barak Obamanın dövründə imzalanıb. Memorandum 2019–2028-ci illər ərzində yəhudi dövlətinə ümumilikdə 38 milyard ABŞ dolları məbləğində hərbi yardım ayrılmasını nəzərdə tuturdu. Sənəd İsrailə F-35 qırıcısının və digər qabaqcıl ABŞ hərbi texnikasının, o cümlədən yəhudi dövlətinin hava hücumlarından müdafiə sistemini gücləndirmək üçün zəruri olan vasitələrin tədarükünü nəzərdə tutur.
