...

Azərbaycanda aqrar sahədə kadr çatışmazlığı var – Nazir müavini

Cəmiyyət Materials 19 Dekabr 2025 17:10 (UTC +04:00)
Azərbaycanda aqrar sahədə kadr çatışmazlığı var – Nazir müavini
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda aqrar sahədə mütəxəssis çoxluğu yoxdur, əksinə kadr çatışmazlığı mövcuddur. Xarici mütəxəssislərin cəlb edilməsinin əsas səbəbi də məhz budur. Yəni kəmiyyət olaraq çatışmazlıq var.

Trend xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmədə deyib.

Nazir müavini vurğulayıb ki, bunun səbəbi uzun illər ərzində aqrar sahəyə təhsil almağa marağın aşağı olması və mövcud kadrların yaşlanmasıdır:

“Yaşlanan kadrların sistemdən çıxması ilə boşluq yaranır və bu boşluq yalnız ali təhsil vasitəsilə, yəni dördillik təhsilə kifayət qədər tələbə cəlb etməklə aradan qaldırıla bilər. Bu isə qeyri-mümkündür. Məhz bu səbəbdən xaricdən mütəxəssis sifarişi yaranır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti