...

ABŞ Konqresinə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsi təqdim olunub

Dünya xəbərləri Materials 19 Dekabr 2025 11:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-də Demokratik və Respublikaçılar partiyalarından olan konqresmenlərdən ibarət qrup Konqresin nümayəndələr palatasına Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsi təqdim edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşəbbüskarlardan olan respublikaçı konqresmen Brayan Fitspatrikin saytında dərc olunmuş bəyanatda deyilir.

Sənədin mətninə əsasən, qanun layihəsi Rusiya hakimiyyəti Ukrayna ilə sülh sazişi üzrə danışıqlardan imtina edərsə, belə bir sazişi pozarsa və ya Rusiya Ukraynada yenidən hərbi əməliyyatlara başlayarsa, habelə “digər məqsədlərlə” Rusiyaya qarşı sanksiyaların və əlavə tədbirlərin tətbiqini təklif edir.

Fitspatrikin bəyanatında qeyd olunduğu kimi, bu təşəbbüs “pərakəndə sanksiyalardan fərqli olaraq” ABŞ-nin Rusiyaya qarşı tətbiq etdiyi məhdudiyyətlər üçün hərtərəfli və sistemli çərçivə yaradır.

Konqresmenlər qanun layihəsinin yanvar ayında Nümayəndələr Palatasında müzakirəyə çıxarılacağına ümid edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti