Bakı. Trend:
Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər çərçivəsində 4 337 nəfər xəstə qeydiyyata alınıb.
Trend xəbər
verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün
Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən
brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda respublika üzrə və TƏBİB tabeliyində
hemodializ xidmətinin göstərildiyi tibb müəssisələrinin sayı 43,
hemodializ şöbələrinin sayı 46, hemodializ aparatlarının sayı isə
675-dir:
"Cari il ərzində icra olunmuş hemodializ seanslarının ümumi sayı 503 892 təşkil edib. Gələn il ölkədə daha bir neçə xəstəxanada hemodializ şöbəsinin fəaliyyətə başlaması nəzərdə tutulur”.
