...

Azərbaycan Rusiyadan xam neft idxalını azaldıb

Energetika Materials 19 Dekabr 2025 14:45 (UTC +04:00)
Azərbaycan Rusiyadan xam neft idxalını azaldıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Rusiyadan 590 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 187,3 milyon ABŞ dolları və ya 24,1%, həcm baxımından isə 148,4 min ton və ya 10,5% azdır.

Ümumilikdə, hesabat dövründə Azərbaycan 3 ölkədən – Rusiya, Qazaxıstan və İraqdan 648,2 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 232,9 milyon ABŞ dolları və ya 26,4%, həcm baxımından 219 min ton və yaxud 13,8% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 21 ölkəyə 10,9 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti