Bakı. Trend:
Səudiyyə Ərəbistanında Didye Deşamı milli komandanın baş məşqçisi təyin etmək istəyirlər.
Trend xəbər verir ki, DÇ-2026-dan sonra Fransa millisindən ayrılacaq mütəxəssisə 8 illik müqavilə təklif oluna bilər.
Onun səlahiyyətləri təkcə baş məşqçi işi ilə məhdudlaşmayacaq. Didyeyə milli komandanın strukturunun dəyişdirilməsi, məşqçilərin hazırlanması, metodologiyaların yenilənməsi və istedadların aşkarlanmasına yanaşmaların dəyişdirilməsi təklif olunacaq.
Xatırladaq ki, 2034-cü ildə dünya çempionatı Səudiyyə Ərəbistanında keçiriləcək.