...

Qan banklarının siyahısı genişləndirilib

Cəmiyyət Materials 19 Dekabr 2025 16:29 (UTC +04:00)
Qan banklarının siyahısı genişləndirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

“Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC-nin qanköçürmə şöbəsi “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nın “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti” bölməsinə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti