...

DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib

Cəmiyyət Materials 19 Dekabr 2025 16:31 (UTC +04:00)
DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası təsdiq edilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Sənədə əsasən, bu qayda polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən büdcədənkənar vəsaitdən (bundan sonra – vəsait) istifadə qaydasını müəyyən edir.

Vəsaitin polis əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir:

  • Polis əməkdaşlarının mükafatlandırılmasına;
  • Polis əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələrin verilməsinə;
  • Polis əməkdaşlarına maddi yardım göstərilməsinə.

Polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirməsi məqsədilə vəsait aşağıdakı istiqamətlərə xərclənir:

  • Malların (işlərin və xidmətlərin) alınmasına;
  • İnzibati və təsərrüfat təyinatlı binaların tikintisinə, onların əsaslı və cari təmirinə;
  • Beynəlxalq tədbirlərdə iştirak haqlarının ödənilməsinə;
  • Maddi-texniki bazanın möhkəmləndirilməsi və elmi-texniki potensialın artırılması istiqamətində digər xərclərə.
Məqalədə:
Xəbər lenti

Xəbər lenti