...

"Arsenal"ın ən çox qazanan futbolçusu olacaq

İdman Materials 19 Dekabr 2025 22:11 (UTC +04:00)
"Arsenal"ın ən çox qazanan futbolçusu olacaq

Bakı. Trend:

"Arsenal" Bukayo Sakanın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.

Trend xəbər verir ki, artıq ingiltərəli vingerlə razılıq əldə olunub. Bu barədə "Teamtalk" məlumat yayıb.

Saka ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. 24 yaşlı futbolçunun həftəlik maaşı 300 min funt-sterlinq təşkil edəcək. Bu, London klubunun tarixi üçün rekord göstəricidir.

Qeyd edək ki, Bukayo Saka "Arsenal"ın yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm "topçular"ın heyətində meydana çıxdığı 21 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti