Bakı.Trend:
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində həftənin Bazar və bayram günləri xaric vətəndaş müraciətləri qəbul olunub, dinlənilir. Qaynar xəttin fəaliyyəti isə həftənin bütün günləri və bayram günləri də aktiv olur.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyində hərbi vətənpərvərlik mövzusunda xəbər hazırlayan əməkdaşlarla qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi mövzusunda keçirilən tədbirdə Müdafiə Nazirliyinin Media və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti Vaqif Qədirov məlumat verib.
O bildirib ki, 2025-ci il ərzində Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin Vətəndaşların müraciətləri ilə iş bölməsinə 72 703 nəfər vətəndaşın müraciəti daxil olub.
“Bunlardan 2701 nəfəri Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsində fərdi şəkildə qəbul edilib. 35 124 nəfəri “Qaynar xətt” vasitəsilə, 33 683 nəfəri – Müdafiə Nazirliyinin rəsmi ([email protected]) elektron ünvanına, 1195 nəfəri isə yazılı şəkildə idarəyə müraciət edib”,- deyə o bildirib.
