...

Son 30 ildə 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb – Komitə sədri

Siyasət Materials 19 Dekabr 2025 12:25 (UTC +04:00)
Son 30 ildə 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb – Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev tərəfindən humanist hüquq siyasəti ardıcıl və uğurla davam etdirilib.

Trend xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin qərarın layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Hüseynli bildirib ki, son 30 il ərzində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub.

O, Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli" münasibətilə Milli Məclisə təqdim etdiyi Amnistiya Qərarının layihəsini əhatə dairəsinə görə Azərbaycanın müstəqillik dövründə ən genişmiqyaslı amnistiya sənədi kimi qiymətləndirib.

Komitə sədrinin sözlərinə görə, Qərarın ümumilikdə 20 minə yaxın şəxsə şamil ediləcəyi gözlənilir ki, onlardan 5 mindən çoxunun azadlıqdan məhrumetmə cəzasından azad olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti