Bakı. Trend:
2025-ci il ərzində TƏBİB tabeli tibb müəssisələrində ana ölümü sayı 22 olub, sevindirici haldır ki, 101 kritik ağır hal isə tibb personalının səyi nəticəsində ölümlə nəticələnməyib.
Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, ana ölümlərinin təhlili göstərir ki, 22 ana ölümündən 15-i bilavasitə (mamalıq) hamiləlik, doğuş və doğuşdan sonrakı dövrlə birbaşa bağlı olan səbəblərdən, 7-si isə ekstragenital səbəblərdən baş verib:
"Mamalıq səbəbləri sırasında qanaxmalar, emboliyalar, preeklampsiya və eklampsiyanın fəsadları, sepsis halları üstünlük təşkil edib. Ekstragenital səbəblər arasında anestetik qüsurlar, ürək dayanması, beyinə qansızma, dərman zəhərlənməsi və virus mənşəli vaskulit halları qeydə alınıb”.
