...

TƏBİB sədri bu il ölkə üzrə qeydiyyata alınan hemofiliyalı xəstələrin sayını açıqlayıb

Cəmiyyət Materials 19 Dekabr 2025 12:48 (UTC +04:00)
TƏBİB sədri bu il ölkə üzrə qeydiyyata alınan hemofiliyalı xəstələrin sayını açıqlayıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin sonuna olan statistikaya görə, ölkə üzrə ümumilikdə 1 772 nəfər hemofiliyalı xəstə qeydiyyata alınıb.

Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, hemofiliyalı xəstələr innovativ dərman vasitələri ilə təmin olunub:

“Son illərdə hemofiliya sahəsində ən vacib yeniliklərdən biri innovativ dərman vasitələrinin təminata daxil edilməsidir. Bu baxımdan “Emicizumab” xüsusi qeyd olunmalıdır. Dünyada hemofiliyanın profilaktik müalicəsində inqilabi hesab olunan bu preparat klassik faktor əvəzedici müalicədən fərqli olaraq, laxtalanma mexanizmini davamlı şəkildə dəstəkləyir, istifadəsi rahatdır və qanaxma tezliyini əhəmiyyətli dərəcədə azaldır. Nəticədə ölümlə nəticələnə biləcək qanaxmanın qarşısı alınıb, xəstələrin həyat keyfiyyəti yaxşılaşdırılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti