Beyləqan.Trend:
Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Tatalılar kəndində baş verib.
Belə ki, kənd sakini - 2023-cü il təvəllüdlü İmanzadə Uğur Elmidar oğlu həyətlərində olan kanalizasiya quyusuna düşüb. Ailə üzvləri hadisədən gec xəbərləri olduğundan U.İmanzadə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma başlanıb.
