...

Gələn ildən etibarən Yeni Klinikada açılan Sümük İliyi Transplantasiya Mərkəzində əməliyyatların icrası nəzərdə tutulur

Cəmiyyət Materials 19 Dekabr 2025 14:36 (UTC +04:00)
Gələn ildən etibarən Yeni Klinikada açılan Sümük İliyi Transplantasiya Mərkəzində əməliyyatların icrası nəzərdə tutulur
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Gələn ildən etibarən Yeni Klinikada açılan Sümük iliy transplantasiya mərkəzində əməliyyatların icrası nəzərdə tutulur

Trend xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, növbəliliyi orqan transplantasiyası üzrə ixtisaslaşmış mərkəz həyata keçirir: “Bu Bakı Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərir. Həmin mərkəzdə müvafiq qaydalar, ümumi prinsiplər və rəsmi siyahılar mövcuddur.

Biz vətəndaşın hansı mərkəzə və ya siyahıya daxil ediləcəyini müəyyən edə bilmərik, çünki bu, yalnız müvafiq orqan transplantasiyası mərkəzinin səlahiyyətinə daxildir. Onlar tərəfindən təqdim olunan siyahılar əsasında transplantasiya meyarları və uyğunluq müəyyən edilir”.

“Vətəndaşın müraciəti və istəyi nəzərə alınır. Həkim seçimi vətəndaş üçün sərbəstdir və o, seçdiyi həkimə, eləcə də uyğun klinikaya yönləndirilir. Müvafiq tibbi rəy və istiqamət sənədləri alınır. Bizim əsas vəzifəmiz isə bu prosesdə vətəndaşa xidmətin düzgün təşkili və koordinasiyasını təmin etməkdir”, - V.Qurbanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti