...

Həkim rəyi olmadan tibb bacısı xəstəyə iynə vura bilməz - Vüqar Qurbanov

Cəmiyyət Materials 19 Dekabr 2025 13:51 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hər bir inyeksiya bir cərrahi əməliyyatdır. Həkim rəyi olmadan tibb bacısı xəstəyə iynə vura bilməz.

Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ev tibb bacısının xidmət verəcəyi ərazi deyil:

"Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində avadanlıqlar, dərman vasiətələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər. Gələcək üçün bütün bölgələrdə bu məntəqələri qurmaq planlaşdırılır".

Xəbər lenti

Xəbər lenti