...

Qəyyumluq orqanının funksiyalarını yerinə yetirən qurumun aidiyyəti müəyyənləşir

Cəmiyyət Materials 19 Dekabr 2025 13:00 (UTC +04:00)
Qəyyumluq orqanının funksiyalarını yerinə yetirən qurumun aidiyyəti müəyyənləşir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qəyyumluq və himayəçilik orqanının funksiyalarını yerinə yetirən qurumun aidiyyəti müəyyənləşəcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Bu şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir.

Layihəyə əsasən, qəyyumluq və himayəçilik orqanının funksiyalarını himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti