Bakı. Trend:
Eyni zamanda cari dövr ərzində 22 direktor, 28 direktorun tibbi işlər üzrə müavini və 19 direktorun inzibati işlər üzrə müavini ilə əmək müqavilələrinə xitam verilib.
Trend xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, 2025-ci il ərzində tabeli müəssisələr üzrə rəhbər vəzifələrə işə qəbul prosesi həyata keçirilib:
“Belə ki, il ərzində 16 direktor, 31 nəfər direktorun tibbi işlər üzrə müavini və 20 nəfər direktorun inzibati işlər üzrə müavini vəzifələrinə təyinatlar aparılıb. Ümumilikdə rəhbər vəzifələr üzrə 67 nəfər işə qəbul olunub. Eyni zamanda cari dövr ərzində 22 direktor, 28 direktorun tibbi işlər üzrə müavini və 19 direktorun inzibati işlər üzrə müavini ilə əmək müqavilələrinə xitam verilib”.
Vüqar Qurbanov qeyd edib ki, həkimlərin orta aylıq əməkhaqqısı 371 faiz artıb.
